...

İctimai nəqliyyatda tibbi maskadan istifadə etməyənlər cərimələnib

Gündəm Materials 19 May 2021 15:38 (UTC +04:00)
İctimai nəqliyyatda tibbi maskadan istifadə etməyənlər cərimələnib

Bakı. Samir Əli - Trend:

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə ictimai nəqliyyatda riayət olunmasına nəzarət məqsədilə Lənkəran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, keçirilən növbəti tədbirlər zamanı rayondaxili marşrutlarda sürücü və sərnişinlərin gigiyenik vasitələr və sosial məsafə ilə bağlı müəyyən edilmiş qaydalara riayət etməsi yoxlanılıb. Sərnişinlərlə profilaktik söhbətlər aparılıb və tibbi maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb. Əksər qism insanların tibbi maska ilə bağlı tələbə riayət etdiyi müşahidə edilsə də hələ də qaydalara və sağlamlığına biganəlik nümayiş etdirənlərə rast gəlinib. Həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Eyni zamanda, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən taksi fəaliyyəti ilə məşğul olan şəxslərin və sərnişinlərinin də gigiyenik vasitələrdən istifadə etməsi yoxlanılıb, tibbi maska ilə bağlı tələblərə riayət etməyənlər barəsində inzibati protokollar tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti