...

ABŞ qeyri-qanuni miqrasiyaya qarşı tədbirləri davam etdirəcək

Gündəm Materials 8 İyun 2021 04:52 (UTC +04:00)
ABŞ qeyri-qanuni miqrasiyaya qarşı tədbirləri davam etdirəcək

Bakı. Trend:

ABŞ hakimiyyəti qeyri-qanuni miqrasiyaya qarşı mövcud yanaşmanı dayandırmaq niyyətində deyil.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Kamala Harris Qvatemala paytaxtında ölkə prezidenti Alexandro Cammatteyi ilə keçridiyi birgə konfransda deyib.

"Miqrasiyanın baş verə biləcəyi və olması gərək üsulları var, və biz qeyri-qanuni miqrasiyaya əks təsiri davam etdirəcəyik", - K.Harris bildirib. Onun sözlərinə görə, bu istiqamətdə Qvatemala höküməti ilə birgə görülən tədbirlər "qvatemalalılara özlərinin vətənlində ümid tapmasına kömək etmək" üçün görülür.

Tərəflər qeyri-qanuni miqrasiyanın səbəblərini, habelə iqtisadiyyat və kənd təsərrüfatı sahələrində əməkdaşlığı müzakirə ediblər. ABŞ vitse-prezidenti, həmçinin Qvatemaladakı hüquq-mühafizə orqanlarına korrupsiyaya qarşı mübarizədə kömək etmək məqsədi ilə xüsusi qurumlararası qrupun yaradılması qərarı barədə açıqlama verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti