...

"Mall"lar açıldı (FOTO)

Gündəm Materials 10 İyun 2021 12:26 (UTC +04:00)
"Mall"lar açıldı (FOTO)

Bakı. Trend:

Bu gündən etibarən iri ticarət mərkəzləri, "Mall"lar fəaliyyətə başlayıb.

Trend-in məlumatına görə, bununla bağlı mayın 26-da Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 10 iyun saat 00:00-dan iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla) fəaliyyəti bərpa edilib.

Xatırladaq ki, "Mall"ların fəaliyyəti 23 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.

"Mall"ların ilk iş günündən çəkilmiş fotoları təqdim edirik:

FOTO - Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti