...

Ermənistanda seçki saxtakarlığı: Namizəd sakinlərə pul paylayarkən saxlanıldı

Gündəm Materials 14 İyun 2021 15:30 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistanda Armavir şəhərinin sabiq meri, "Mənim şərəfim" blokundan deputatlığa namizəd Ruben Xlqatyan 150-yə yaxın şəxsin səsini satın almağa çalışıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistanın Xüsusi təhqiqat xidməti bildirib.

Qeyd olunur ki, R.Xlqatyan Armavir vilayətinin kəndlərinin birində yerli sakinə 17 min dollardan çox vəsait verərkən saxlanılıb. O, həmin vəsaitin kənd sakinləri arasında paylanmasını tapşırıb.

Xatırladaq ki, R.Xlqatyan iyunun 11-də saxlanılmışdı. "Mənim şərəfim" blokuna sabiq prezident Serj Sarkisyan rəhbərlik edir.

Ermənistanda parlament seçkiləri iyunun 20-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti