...

Polşada qeyri qanuni siqaret istehsalçıları büdcəyə 3,8 milyon avro ziyan vurublar

Gündəm Materials 3 Avqust 2021 08:26 (UTC +04:00)

Bakı. Trend:

Polşada tütün məmulatlarının qanunsuz istehsalını təşkil edən mütəşəkkil cinayətkar qrupu saxlanılıb.

Trend TASS -a istinadən xəbər verir ki, bu barədə Avropa polis agentliyi (Europol) məlumat yayıb.

Əməliyyat zamanı Polşa hüquq-mühafizə orqanlarının əməkdaşları Varşavada bir sıra ünvanlarda axtarış apararaq qanunsuz siqaret istehsalını aşkar ediblər və qrupun lideri olduğu iddia edilən şəxslə birlikdə 16 nəfəri həbs ediblər. 1,6 milyon saxta siqaret və 13 ton tütün ələ keçirilib ki, bu da daha 13 milyon siqaret istehsal etmək üçün istifadə oluna bilər. Polşa büdcəsinin qeyri qanuni siqaret istehsalçılarının fəaliyyətindən itkiləri 3,8 milyon avro kimi qiymətləndirilir.

Araşdırmaya əsasən, cinayətkarlar əsasən Böyük Britaniya və Almaniya bazarları üçün nəzərdə tutulmuş gündə 1 milyona qədər siqaret istehsal ediblər. Bu fəaliyyət sayəsində onlar indiyədək qanunsuz olaraq ən az 9,7 milyon avro qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti