...

Yoluxma sayının artması sərt karantinin tətbiq olunmasına əsas vermir - Naqif Həmzəyev

Gündəm Materials 4 Avqust 2021 19:32 (UTC +04:00)
Yoluxma sayının artması sərt karantinin tətbiq olunmasına əsas vermir - Naqif Həmzəyev

Bakı. Trend:

Yoluxma sayının son günlər artması sərt karantinin tətbiq olunmasına əsas vermir. Əgər vaksinasiya prosesi bu cür davam edərsə, fikrimcə, yoluxma və itkilərin sayı az olacaq.

Bunu Trend-ə Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, COVID-19-a yoluxma sayı artsa da, sərt qapanmaların olması ehtimal edilmir: "Təəssüflər olsun ki, Azərbaycanda yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya prosesi intensivləşsə də, yoluxma sayında ciddi artım müşahidə edilir. Ümumiyyətlə, vaksin vurdurmuş şəxslərdə 3-cü doza vaksinin də vacib olduğu ehtimal edilir. Qonşu Türkiyə də daxil olmaqda, bir sıra ölkələrdə koronavirus əleyhinə 3-cü doza vaksin vurulur. Həmçinin vətəndaşlar peyvəndləmə prosesinə daha ciddi yanaşırlar. Hesab edirəm ki, yoluxma sayında artım olsa da, ciddi və sərt qapanmalara gedilməyəcək. Müəyyən qadağalar qüvvəyə minsə də, 2020-ci il həyata keçirilən qapanmalar kimi sərt tədbirlər tətbiq edilməyəcək. Bütün bunlar vətəndaşların məsələyə ciddi yanaşması ilə əlaqədardır. Əgər vaksinasiya prosesi bu cür davam edərsə, fikrimcə, yoluxma və itkilərin də sayı az olacaq. Ən əsası isə, yoluxanlar xəstəliyi yüngül keçirəcəklər. Ümid edək ki, sərt qapanmalar olmayacaq və iqtisadiyyatımız çox zərər görmədən payız aylarını və ümumilikdə, pandemiyanı geridə qoya biləcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti