...

Naxçıvan Qarnizonu Qoşunlarında yoluxucu xəstəliklərə qarşı aparılan tədbirlər davam etdirilir (FOTO/VİDEO)

Gündəm Materials 25 Avqust 2021 19:45 (UTC +04:00)
Naxçıvan Qarnizonu Qoşunlarında yoluxucu xəstəliklərə qarşı aparılan tədbirlər davam etdirilir (FOTO/VİDEO)

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasında virus infeksiyalarına və yoluxucu xəstəliklərə qarşı aparılan qabaqlayıcı profilaktik tədbirlər Naxçıvan Qarnizonu Qoşunlarında da davam etdirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, infeksiyaların və yoluxucu xəstəliklərin qarşısının alınması, hərbi qulluqçuların və ailə üzvlərinin sağlamlıqlarının qorunması məqsədilə hərbi şəhərciklərdə, birləşmə, hissə və bölmələrdə genişmiqyaslı dezinfeksiya tədbirləri aparılır, sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.
Hərbi hissələrin ərazisində və xüsusilə də əsgər yataqxanalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilərək hərbi qulluqçuların gigiyena qaydalarına düzgün əməl etmələri üçün proflaktik tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti