...

Ida qasırğası Yeni Orlean şəhərini tamamilə elektriksiz qoyub

Gündəm Materials 30 Avqust 2021 06:48 (UTC +04:00)
Ida qasırğası Yeni Orlean şəhərini tamamilə elektriksiz qoyub

Bakı. Trend:

ABŞ-ın Luiziana ştatında yerləşən Yeni Orlean şəhəri qasırğası nəticəsində tamamilə işıqsız qalıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, buna səbəb elektrik xətlərinin aşırı dərəcədə zədələnməsi olub.

Onun sözlərinə görə, elektrik kəsilməsi elektrik xətlərinin "fəlakətli zədələnməsi" səbəbindən baş verib.

İda qasırğası Luizianaya bazar günü çatıb. Milli qasırğalara nəzarət mərkəzi ştatda vəziyyətin fəlakət səviyyədə olduğunu bildirir.

Qasırğa təxminən 16 km/saat sürətlə şimal-qərbə doğru hərəkət edir. Ştatın cənub hissəsində daşqın təhlükəsi, Alabama, Missisipi və Florida ştatlarında isə tornado təhlükəsi elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti