...

Texniki Universitetin müəllimi koronavirusdan vəfat edib

Gündəm Materials 3 Sentyabr 2021 13:50 (UTC +04:00)
Texniki Universitetin müəllimi koronavirusdan vəfat edib

Bakı. Fərid Zöhrabov - Trend:

Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimi Kərəm İsmayılov 71 yaşında koronavirusdan vəfat edib.

Trend-in məlumatına görə, Kərəm İsmayılov 1976-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) bitirib.

1988-ci ildə AzTU-da işə qəbul olunub və 2021-ci ilə qədər voleybol üzrə məşqçi-müəllim vəzifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti