...

Pandemiya akademik tədrisə ciddi zərbə vurdu - Vəfa Yaqublu

Gündəm Materials 7 Sentyabr 2021 14:43 (UTC +04:00)
Pandemiya akademik tədrisə ciddi zərbə vurdu - Vəfa Yaqublu

Bakı. Çingiz Səfərli - Trend:

Pandemiya bir tərəfdən akademik tədrisə ciddi zərbə vurdu, ikinci tərəfdən hər birimizə sosial bacarıqlar qazandırdı.

Trend xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib. O bildirib ki, tədris prosesinə hazırlıq tam qaydada təşkil olunub:

"Ötən müddət ərzində müəllimlər ixtisasartımaya cəlb olunub, QR kodla təchiz olunmuş dərsliklər yaradılıb. Əsas odur ki, müəllimlər tədris planlarında yaxşı mənada silahlanıblar. Öyrənmə ikitərəfli prosesdir. Öyrədəndən çox şey asılı olduğu kimi, öyrənənin də həvəsi, istəyi olmalıdır".

Qeyd edək ki, yeni qərara əsasən 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti