...

Görkəmli Azərbaycan alimi, professor Həsən Feyziyev 85 yaşını qeyd edir

Gündəm Materials 10 Sentyabr 2021 22:00 (UTC +04:00)
Görkəmli Azərbaycan alimi, professor Həsən Feyziyev 85 yaşını qeyd edir

Bakı. Trend:

Görkəmli Azərbaycan alimi, professor Həsən Feyziyev 85 yaşını qeyd edir.

Həsən Qulu oğlu Feyziyev 1936-cı il sentyabrın 10-da Azərbaycan Respublikasının Cəlilabad rayonunun Tahirli kəndində anadan olmuşdur. 1953-cü ildə Bakı Energetika Texnikumuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci) daxil olmuş, 1957-ci ildə oranı “İstilik Energetikası” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Energetika fakültəsində təhsilini davam etdirərərk, 1962-ci ildə “Elektrik stansiyalarının istilik energetik qurğuları” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. Həmən ildən AzNKİ-nin “Buxar və qaz turbinləri və istilik elektrik stansiyaları” kafedrasında assistent, 1967-ci ildən baş müəllim, 1970-ci ildən isə dosent vəzifələrində çalışmışdır. Həsən müəllim 1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) ”İstilik qaz təchizatı və ventilyasiya” kafedrasına müdir seçilmiş, 1981-ci ildən 2012-ci ilədək isə “İstilik təchizatı və istilik texnikası” kafedrasının müdiri vəzifəsində işləmişdir. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi məsləhətçidir. Həsən müəllim Türkiyə, Kipr və İsrail dövlətlərinə elmi konfrans və müşavirələrə dəvət olunmuş və elmi məruzələrlə çıxış etmişdir. Professor Feyziyev bir neçə ixtisaslaşdırılmış Elmi Şuranın, AAK-nın Ekspert Şurasının üzvi və bir neçə birdəfəlik İxtisaslaşdırılmış Elmi Şuranın sədri olmuşdur. Professor Həsən Feyziyev suyun emal texnologiyası sahəsində geniş və dərin tədqiqatlar aparan, onu yeniliklərlə zənginləşdirən, elmi məktəb yaradan tanınmış alimdir. Həsən müəllim çoxsaylı ixtiralarına görə iki dəfə “SSRİ İxtiraçısı” medalı ilə təltif edilmiş və Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.

O insanlar xoşbəxtdirlər ki, təkçə özləri üçün yaşamırlar. Belə insanların əməlləri çoxlarının həyatına, ömrünə işıq salır. Bu cür insanlar bir millətə, bir dövlətə mənsub olmurlar. Onların əməlləri bütün dünyanı gözəlləşdirir, onu daha da qabağa aparır. Belə insanlardan biri olan görkəmli Azərbaycan alimi, professor Həsən Feyziyevdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti