...

Bakıda bu yollarda sıxlıq yaranıb (SİYAHI)

Gündəm Materials 21 Sentyabr 2021 09:06 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyi paytaxt yollarındakı vəziyyəti açıqlayıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, hazırda Bakı-Sumqayıt şosesində – şəhər istiqamətində, Üzeyir Hacıbəyli küçəsində – Cavanşir körpüsündə, Alı Mustafayev küçəsində – "20 Yanvar" dairəsindən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq yaranıb.

Həmçinin, Yusif Səfərov küçəsində – Cavanşir körpüsü istiqamətində, Babək prospektində – Yusif Səfərov küçəsi istiqamətində, Rəşid Behbudov küçəsində – Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər və Heydər Əliyev prospektində – orta və kənar yolda Atletlər kəndinin qarşısından şəhər istiqamətində sıxlıq müşahidə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti