Bakı. Trend:
Sentyabrın 28-dən oktyabrın 1-i gündüzədək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, yarımadanını bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. 30-da şimal-şərq küləyi arabir 15-18 m/s-dək güclənəcək.
Azərbaycanın rayonlarında sentyabrın 28-i şimal və şərq rayonlarından başlayaraq oktyabrın 2-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.
Şimal və şərq rayonlarında isə yağışın güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.