...

Şəhid övladları ilə bağlı yeni layihə başlayır (FOTO)

Gündəm Materials 30 Sentyabr 2021 13:00 (UTC +04:00)
Şəhid övladları ilə bağlı yeni layihə başlayır (FOTO)

Bakı. Trend:

Tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Tut əlimdən” layihəsinə artıq start verilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində vəzifəli və tanınmış şəxslər bir günlərini Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın övladları ilə keçirəcək, onların qayğılarını bölüşəcək, asudə vaxtlarının mənalı keçməsinə dəstək olacaqlar. Məqsəd şəhid övladlarının daim diqqət və qayğı əhatəsində olduqları, bundan sonra da dövlətin, ümumən cəmiyyətin dəstəyini ən yaxından hiss edəcəkləri mesajını çatdırmaqdır.

“Tut əlimdən” layihəsinin ilk iştirakçıları şəhid Teymur Abbasovun övladları Feyruz və Siruz əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovla görüşüblər. İlkin tanışlıqla başlayan və aralarında dostluq münasibətlərinin yaranması ilə yekunlaşan bu görüşdən hazırlanmış veriliş bu gün saat 18.30-da AzTV-də yayımlanacaq.

Vətən naminə canlarını fəda etmiş igidlərimizin uşaqlarına “Tut əlimdən” deyərək onların yanında olduğumuzu göstərək, onlara dost və sirdaş olaq!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti