...

"Instagram"ın işində fasilələr yaranıb

Gündəm Materials 15 Oktyabr 2021 02:06 (UTC +04:00)
"Instagram"ın işində fasilələr yaranıb

Bakı. Trend:

Bir neçə ölkədən "Instagram"ın istifadəçiləri sosial səbəkənin işində problemlərdən şikayət etməyə başlayıb.

Trend-in məlumatına görə, bu barədə Downdetector portalı xəbər verib.

Məlumata əsasən, fasilələr saat 00:21 radələrində başlayıb. Sosial şəbəkənin işində problemlər ilə bağlı məlumatların əksəriyyəti Almaniya, Hollandiya və Böyük Britaniyadan gəlib.

İstifadəçilərin serverlərə qoşulma və xəbər lentinin göstərilməsi problemlərdən və digər problemlərdən şikayət etdikləri qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti