...

Zəngilanda payız mövsümündə də ağacların əkilməsi nəzərdə tutulub - Firdovsi Əliyev

Gündəm Materials 16 Oktyabr 2021 13:08 (UTC +04:00)

Bakı. Samir Əli -Trend:

Yaz-əkin mövsümünə Zəngilandan başlamışdıq. Payız mövsümündə də ağacların əkilməsi nəzərdə tutulub.

Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Nazir müavini bildirib ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin dəstəyi ilə Cəbrayılda dostluq meşəsinin və tinglik təsərrüfatının salınması nəzərdə tutulur:

Burada regionda analoqu olmayan böyük təlim-tədris müəssisəsinin yaradılması planlaşdırılır: "Burada meşə mütəxəssisləri hazırlanacaq, eyni zamanda ixtisas artımı və digər kompleks tədbirlər həyata keçiriləcək. Ümumilikdə Cəbrayılda və digər yerlərdə işlərə başlamışıq.

Yaz-əkin mövsümünə Zəngilandan başlamışıq. Payız mövsümündə də ağacların əkilməsi nəzərdə tutulub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti