...

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi davam edir (VİDEO)

Gündəm Materials 4 Noyabr 2021 17:20 (UTC +04:00)
Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi davam edir (VİDEO)

Bakı. Trend:

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi plana uyğun davam edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimin planına əsasən səhra və stasionar döyüşü idarəetmə məntəqələrində əməliyyatlar planlaşdırılır, müxtəlif fəaliyyət tərzləri üzrə hesabatlar aparılır, ərazidə taktiki və xüsusi təyinatlı qrupların tapşırıqları dəqiqləşdirilir, maket üzərində qarşılıqlı əlaqənin və hərtərəfli təminatın təşkili üzrə plan və hesabatlar hazırlanır.

Qəbul edilmiş qərarın hərtərəfli təminatının təşkili üzrə qərargahlar tərəfindən plan və əlavələrin xəritəyə işlənilməsi, aidiyyəti üzrə əmr və sərəncamların müasir texniki vasitələr üzərindən bölmələrə göndərilməsi məşq etdirilir.

Təlimin növbəti mərhələsi kompüter üzərində və praktiki fəaliyyətlərin icrası ilə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti