...

Hərbi Hava Qüvvələri "Bayraktar"larla təlim-məşq uçuşları keçirib (VİDEO)

Gündəm Materials 2 Dekabr 2021 14:10 (UTC +04:00)
Hərbi Hava Qüvvələri "Bayraktar"larla təlim-məşq uçuşları keçirib (VİDEO)

Bakı. Trend:

Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş hazırlığı planına uyğun olaraq Bayraktar pilotsuz uçuş aparatları (PUA) ilə təlim-məşq uçuşları icra edilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, döyüş atışlı təlim-məşq uçuşlarında digər qoşun növü bölmələri ilə qarşılıqlı əlaqədə hava kəşfiyyatı aparılmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin edilərək dəqiq zərbələrlə məhv olunub.

Aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə həyata keçirilib. Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən məşqlərdə PUA operatorları tapşırıqları uğurla yerinə yetiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti