...

Türkiyə və Qətər Kabil hava limanını idarə etmək üçün "Taliban"la razılığa gəlib

Gündəm Materials 25 Dekabr 2021 02:57 (UTC +04:00)
Türkiyə və Qətər Kabil hava limanını idarə etmək üçün "Taliban"la razılığa gəlib

Bakı. Trend:

Türkiyə və Qətər "Taliban"ın administrasiyası ilə Kabildəki Həmid Kərzai adına Beynəlxalq Hava Limanını və Əfqanıstandakı digər dörd hava limanını idarə etmək üçün prinsipial razılığa gəliblər.

Trend-in məlumatına görə, bu barədə diplomatik mənbələrdən məlumat verilib.

Türkiyə-Qətər heyəti Kabildən Dohaya yola düşəcək və orada birgə işlərinə davam edəcəklər.

Kabildə yerləşən Həmid Kərzai adına Beynəlxalq Hava Limanı strateji əhəmiyyətə malikdir və Əfqanıstanın xarici dünyaya əsas hava qapısı hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti