...

Ötən gün 173 toyda monitorinq keçirilib, 3 nəfər cərimələnib

Gündəm Materials 12 Fevral 2022 10:39 (UTC +04:00)
Ötən gün 173 toyda monitorinq keçirilib,  3 nəfər cərimələnib

Bakı. Trend:

Fevralın 11-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 173 toy şənliyinin monitorinqini həyata keçiriblər.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata göə, monitorinq 170 şadlıq sarayında, üç şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə üç nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. COVID-19 pasportu olmadığına görə 59 nəfər şənliyə buraxılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti