...

İstirahət günləri toyda karantini pozan 13 nəfər cərimələnib, 189 nəfər şənliyə buraxılmayıb

Gündəm Materials 14 Fevral 2022 09:05 (UTC +04:00)
İstirahət günləri toyda karantini pozan 13 nəfər cərimələnib, 189 nəfər şənliyə buraxılmayıb

Bakı. Samir Əli - Trend:

12-13 fevral tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 741 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, monitorinq 728 şadlıq sarayında, 13 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 13 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

189 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti