...

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində növbəti başçəkmə keçirilib

Gündəm Materials 14 Fevral 2022 16:35 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin müvəqqəti saxlama yerinə (MSY) başçəkmə həyata keçirilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında keçirilmiş başçəkmənin məqsədi MSY-də saxlanma şəraitinin, saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi və sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı müəssisədə saxlanılan şəxsin olmadığı müşahidə olunub. MSY-nin saxlama kameralarına, istintaq, tibb, ibadət otaqlarına, mətbəxə, gəzinti sahələrinə baxış keçirilib, sənədləşmə və qeydiyyat kitabları yoxlanılmaqla müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması ilə bağlı tövsiyələr diqqətə çatdırılıb. Müəssisə daxilində yerləşdirilməsi məqsədilə Ombudsmanın 916 Çağrı Mərkəzi barədə yeni məlumat lövhələri təqdim edilib.

Başçəkmənin yekununda MSY-nin rəhbərliyi və məsul əməkdaşları ilə hüquqi-maarifləndirici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri nəzərə alınmaqla fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti