...

İran şirkəti koronavirusun "omikron" ştammına qarşı peyvənd hazırlayıb

Gündəm Materials 17 Fevral 2022 01:23 (UTC +04:00)
İran şirkəti koronavirusun "omikron" ştammına qarşı peyvənd hazırlayıb

Bakı. Trend:

İranın Shifa Pharmed Industrial Group şirkəti çərşənbə günü verdiyi açıqlamada koronavirusun "omikron" ştammına qarşı peyvəndin heyvanlar üzərində aparılan tədqiqatlarını uğurlu olduöğnu açıqlayıb.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, peyvəndin yüksək yoluxucu varianta qarşı 100% effektivlik göstərdiyi bildirilib.

Koronavirusa qarşı yerli istehsal olan COVIran Barekat peyvəndini istehsal edən şirkət, ölkədə bu varianta ilk yoluxma hadisəsi bildirildikdən dərhal sonra "omikron" ştammına qarşı yeni peyvənd hazırlamağa başladığını bildirmişdir.

Həmçinin qeyd olunur ki, lazımi icazələrin alınması üçün peyvəndin klinik sınaqlarının aparılması üçün protokolu İranın Qida və Dərman İdarəsinə və Tibbi Etika Komitəsinə təqdim edilib.

Qeyd edək ki, ümumilikdə İranda insanlara 138 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 61,7 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54,9 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 21,7 milyon təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti