...

Hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib (FOTO/VİDEO)

Gündəm Materials 21 Fevral 2022 18:12 (UTC +04:00)
Hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, yarışdan əvvəl Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Vahid Məmmədov hərbi qulluqçular arasında idmanın kütləviliyinə nail olunması məqsədilə təşkil olunan birinciliyin keçirilməsi və təhlükəsizlik qaydaları haqqında məlumat verərək idmançılara uğurlar arzulayıb.

“Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunan birinciliyə isinmə hərəkətlərindən sonra start verilib. 16 komandadan 90 idmançının 6 çəki dərəcəsində mübarizə apardığı daşqaldırma yarışları birdən və təkanla qaldırma üzrə keçirilib.

Hər çəki dərəcəsində qaliblər hər iki növ çalışmada yığılmış ən çox xalla müəyyən edilib. Şəxsi hesabda 60 kq çəki dərəcəsində əsgər Muraz Əhmədov, 65 kq çəki dərəcəsində baş çavuş Rəşad Həsənov, 70 kq çəki dərəcəsində əsgər Səməd Şıxıyev, 80 kq çəki dərəcəsində əsgər Maqsun Məmmədov, 90 kq çəki dərəcəsində əsgər Raul Qənizadə və 90 kq-dan yuxarı çəki dərəcəsində əsgər Qabil Bağırov birinci yerə layiq görülüb. Yekun nəticələrə əsasən komanda hesabında üçüncü yerdə motoatıcılar, ikinci yerdə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandası, birinci yerdə isə xüsusi təyinatlılar qərarlaşıb. Şəxsi və komanda hesabında ilk üçlüyə düşməyi bacaran qaliblərə kubok, diplom və fəxri fərmanlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti