...

Ukrayna tərəfi Kiyevə raket zərbələri endirildiyini bildirir

Gündəm Materials 25 Fevral 2022 06:40 (UTC +04:00)
Ukrayna tərəfi Kiyevə raket zərbələri endirildiyini bildirir

Bakı. Trend:

Cümə günü səhər saat 4:22 radələrində (Bakı vaxtı ilə saat 6:22-də - red.) Kiyevin müxtəlif rayonlarında bir neçə partlayış səsi eşidilib.

Trend yerli KIV-ə istinadən xəbər verir ki, partlayış səsləri paytaxtın Peçerski və Qoloseyevski rayonlarında, Poznyakidə eşidilib.

"Elə indicə Kiyevə qanadlı və ya ballistik raketlərlə hücumlar dava edir. İki güclü partlayış eşitdim", - daxili işlər nazirinin müşaviri Anton Geraşenko öz Telegram-kanalında yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti