...

Bu il 18 nəfər minaya düşüb, 2 nəfər həlak olub

Gündəm Materials 4 May 2022 11:33 (UTC +04:00)
Bu il 18 nəfər minaya düşüb, 2 nəfər həlak olub

Trend-i buradan izləyin

Bakı. Trend:

2022-ci ilin aprel ayında 9 hadisə nəticəsində 10 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində bildirir.

"Nəticədə bir mülki şəxs piyadalar əleyhinə minanın partlamasından həlak olub. İkisi uşaq olmaqla altı mülki şəxs və üç hərbçi isə piyadalar əleyhinə mina və partlamamış hərbi sursatların partlamasından yaralanıb.

2022-ci ilin aprel ayında minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Tərtər, Zəngilan, Ağdam, Qubadlı, Kəlbəcər, Qazax, Laçın rayonlarının və Gəncə şəhərinin ərazisində baş verib.

Ümumilikdə 2022-ci ilin ilk dörd ayında 18 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb ki, bunlardan da 2 nəfəri həlak olub.

Bütün rəsmi strukturların və vətandaş cəmiyyəti təsisatlarının mütamadi çağırışlarına baxmayaraq hələ də işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edənlər var və bununla da öz həyatlarını riskə atırlar. Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi növbəti dəfə mülki əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər və partlamamış hərbi sursatlara toxunmasınlar", - məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti