...

Milli Müdafiə Universitetində buraxılış mərasimi keçirilib (FOTO)

Gündəm Materials 20 İyun 2022 16:56 (UTC +04:00)
Milli Müdafiə Universitetində buraxılış mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursunun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Buraxılış mərasimində çıxış edən Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən, professor general-leytenant Heydər Piriyev kursu müvəffəqiyyətlə bitirən iştirakçıları müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonra kursu bitirən məzunlara diplom və döş nişanları təqdim olunub.
Sonda xatirə şəkli çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti