...

Xocavənddə Ermənistana məxsus "Mİ-8" helikopterinin qalıqları aşkarlanıb (FOTO)

Gündəm Materials 11 Avqust 2022 18:45 (UTC +04:00)
Xocavənddə Ermənistana məxsus "Mİ-8" helikopterinin qalıqları aşkarlanıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopteridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti