...

Böyük Qayıdışın əsas hədəfi soydaşlarımızın müasir kənd və şəhərlərə qayıdışını təmin etməkdir - İnam Kərimov

Gündəm Materials 21 Noyabr 2022 11:52 (UTC +04:00)
Böyük Qayıdışın əsas hədəfi soydaşlarımızın müasir kənd və şəhərlərə qayıdışını təmin etməkdir - İnam Kərimov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Qayıdışın əsas hədəfi 30 il öncə yurdlarını tərk etməyə məcbur qalan soydaşlarımızın yüksək şəraitli müasir kənd və şəhərlərə qayıdışını təmin etməkdir.

Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov noyabrın 21-də “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfransda çıxışı zaman deyib.

"Bu məqsədlə iqtisadi inkişaf və ətraf mühit arasında tarazlığı qoruyan yeni texnologiyalar, inkişaf modelləri tətbiq edilməkdədir. Bu texnologiyalar müxtəlif ağıllı sistemlərin tətbiqi ilə insanların ehtiyac duyduğu xidmətlərlə təmin olunmasına əsaslanır. Məsələn, Zəngilanda salınmış “Ağıllı kənd”də enerji tələbatı alternativ resurslar vasitəsilə qarşılanır, yaşıl enerji zonalarının yaradılması sağlam ekoloji və ətraf mühit formalaşdırır. Yaxşı idarəetmə əsasında ictimai xidmətlərin səmərəliliyi, təhlükəsizliyi təmin olunur", - deyə o bildirib.

Nazir əlavə edib ki, "Ağıllı kənd”də bərpa olunan enerji mənbələrinin tətbiqi, ekoloji təmiz tullantı mexanizmi, su mənbələrindən qənaətcil istifadə ətraf mühitə vurulan ziyanı minimuma endirir, torpaq və su resurslarından daha səmərəli yararlanmağa şərait yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti