...

Ankarada "Şuşa ili" münasibətilə tədbir keçirilib (FOTO/VİDEO)

Gündəm Materials 24 Noyabr 2022 10:31 (UTC +04:00)
Ankarada "Şuşa ili" münasibətilə tədbir keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Ankarada 2022-ci il "Şuşa ili" münasibətilə tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbir zamanı "Salam Azərbaycan" və "Qarabağın qara kitabı" adlı kitabların təqdimatı olub.

Tədbirdə iştirak edən Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu qeyd olunan əsərlərin Azərbaycanın tanınmasında daha böyük rol oynayacağını deyib.

"Türk-İslam mədəniyyətinin qədim şəhərlərindən olan, Azərbaycanın incisi hesab edilən Şuşanı "Şuşa ili" münasibətilə təbrik edirəm, "Qarabağın qara kitabı" və "Salam Azərbaycan" kitablarının Azərbaycanı bütün dünyada daha yaxşı tanıtmasını arzu edirəm", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti