...

Azərbaycan, Türkiyə və Çexiya iş adamları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Gündəm Materials 12 Dekabr 2022 20:24 (UTC +04:00)
Azərbaycan, Türkiyə və Çexiya iş adamları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakı. Trend:

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçek ilə görüşüb.

Trend-in məlumatına görə, görüş zamanı Çexiya səfiri MÜSİAD Azərbaycanın fəaliyyətləri haqqında məlumatlandırılıb.

Azərbaycan Türkiyə və Çexiya arasında əməkdaşlığın inkişafına təkan verəcək birgə fəaliyyətlə bağlı məsləhətləşmələr aparılıb.

R.Cabirli Praqada 17-21 oktyabr taxirlərində keçirilən “Şərq Tərəfdaşlığı Biznes Forumu: Geoiqtisadi Çağırışlar və İmkanlar” adlı biznes forumda iştirak edib. Forum zamanı R.Cabirli müxtəlif iş adamları ilə görüşərək ortaq iş birliyi və Azərbaycanda yatırım imkanlarını müzakirə edib.

O, eyni zamanda, Çexiyaya işgüzar səfəri zamanı rəsmi qurumlar və iş adamları ilə keçirdiyi görüşlərdən sonra ölkələr arasında ticarət və mədəni əlaqələrin inkişaf etdirilməsi ilə bağlı təkliflərini səfirə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti