...

Azərbaycana qarşı bu çıxışına görə işdən qovuldu

Gündəm Materials 18 Dekabr 2022 13:21 (UTC +04:00)
Azərbaycana qarşı bu çıxışına görə işdən qovuldu

Bakı. Trend:

Azərbaycana qarşı təxribat xarakterli çıxışlar edən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrov ali təhsil ocağından qovulub.

Trend-in məlumatına görə, bu barədə MDBMİ məlumat yayıb.

İnstitut rəhbərliyi tərəfindən Aleksandrovun bəyanatları əsassız şəkildə aqressivlik və açıq-aşkar qeyri-peşəkarlıq kimi qiymətləndirilib.

Qeyd edək ki, rusiyalı ekspert ötən günlərdə Qərbə neft tədarükünü dayandırmaq və karbohidrogen qiymətlərinin artmasına səbəb olmaq üçün Azərbaycana raket hücumu təşkil etməyi təklif etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti