...

Havanın şaxtalı olmasına baxmayaraq, Xankəndi-Laçın yolunda aksiya davam edir (FOTO)

Gündəm Materials 2 Yanvar 2023 09:30 (UTC +04:00)
Havanın şaxtalı olmasına baxmayaraq, Xankəndi-Laçın yolunda aksiya davam edir (FOTO)

Bakı. Trend:

Xankəndi-Laçın yolunda təşkil olunan aksiya vətənpərvərlik əzmində davam edir.

Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə aksiya iştirakçıları Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən plakatlar qaldıraraq şüarlar səsləndirirlər.

Havanın şaxtalı olmasına baxmayaraq, onlar fəaliyyətlərini aktiv şəkildə davam etdirirlər. Aksiya zamanı gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik qaydalarına riayət olunub, heç bir insident müşahidə edilməyib.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq 22 gündür davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti