...

Bu dövlət rüsumu ləğv edildi

Gündəm Materials 9 Yanvar 2023 16:06 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumu ləğv edilib.

Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Qeyd edək ki, əvvəl qüvvədə olan qanuna görə, baytarlıq arayışının verilməsi (bir sənəd) üçün 5 manat dövlət rüsumu nəzərdə tutulurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti