...

Məşhur beynəlxalq telekanal Azərbaycan haqqında geniş reportaj hazırlayıb

Gündəm Materials 26 Yanvar 2023 12:58 (UTC +04:00)
Məşhur beynəlxalq telekanal Azərbaycan haqqında geniş reportaj hazırlayıb

Bakı. Trend:

I24 NEWS populyar beynəlxalq telekanal müasir Azərbaycanda həyat və ölkənin tarixindən bəhs olunan 18 dəqiqəlik reportaj hazırlayıb.

Trend-in məlumatına görə, reportajın müəllifləri müsəlman dünyasında 1918-ci ildə məhz Azərbaycanda ilk demokratik respublikanın yaradıldığını, sonra gənc respublikanın bolşeviklər tərəfindən işğal edildiyini və yalnız 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etdiyini xatırladıb.

Materialda Azərbaycanın İsraillə, yəhudi xalqı ilə dostluğuna, həmçinin beynəlxalq vəziyyətə böyük diqqət ayrılıb.

Telekanalın jurnalistləri Zəngilana yola düşərək burada erməni işğalçıları tərəfindən dağıdılmış Azərbaycan kəndlərinin görüntülərini çəkiblər. İranla sərhəddə, Xudafərin körpüsünün yaxınlığında, həmçinin Azərbaycan ordusunun mövqelərinin, ermənilər tərəfindən dağıdılmış kəndin və minalanmış ərazilərin olduğu, yoldan bir addım kənara addımlamağın ölümə səbəb olacağı yerlərdə çəkilişlər aparılıb. Reportajda İranla sərhəddəki çətin vəziyyətdən, İran tərəfindən Azərbaycanın ünvanına əsassız təhdidlərdən, İran ordusunun Azərbaycanla sərhəddə keçirilən təlimlərindən və Azərbaycanın layiqli, mətanətli və sarsılmaz cavablarından bəhs olunur, Azərbaycanın mehriban qonşuluq əlaqələri qurmağa hazır olduğu və eyni zamanda heç kimə öz suverenliyini pozmağa imkan verməyəcəyi vurğulanır.

Əlbəttə ki, reportajda Azərbaycanın Qarabağ bölgəsinə böyük diqqət ayrılıb. Müəlliflər SSRİ-nin süqutundan sonra Ermənistanın suveren Azərbaycanın 20 faiz torpağını necə işğal etdiyindən və 2020-ci ildə Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan necə azad etdiyindən bəhs edir. Reportajda ərazilərin bərpası, erməni işğalçıların səhraya çevirdikləri torpaqda "ağllı kəndlər"in yaradıldığı əks olunub. Videomaterialda həmçinin, ermənilər tərəfindən Qarabağda yerləşdirilmiş çoxlu sayda minalara diqqət yetirilir.

Ümumdünya Yəhudi Agentliyinin Azərbaycandakı fəxri səfiri Roman Qureviçin fikrincə, ABŞ, Yaxın Şərq, Asiya və digər regionlarda milyonlarla izləyicinin baxdığı populyar beynəlxalq kanalda bu cür yayım Azərbaycanın beynəlxalq imicinin daha da möhkəmlənməsində çox vacibdir.

"Təəssüf ki, dünya birliyini bizim regionun problemləri və ədalət məsələləri çox da maraqlandırmır. Demək olar ki, otuz il ərzində bu belə olub və belə olaraq da qalır. Bu, yüksək peşəkarlıqla hazırlanmış və i24News kanalında dünyanın milyonlarla teleizləyicisi üçün ingilis, fransız və ispan dillərində yayımlanan ətraflı reportaj Azərbaycan reallıqlarının işıqlandırılmasında mühüm hadisədir", - R.Qureviç deyib.

Reportajda həmçinin rejissor Aleksandr Qriç Qureviçin "Heydər Əliyev" sənədli filmindən unikal kadrlardan istifadə olunub. Roman Qureviçin sözlərinə görə, müəlliflər üçün reportajda bu kadrların nümayişi son dərəcə vacib idi, axı 2023-cü il Azərbaycanın ümummilli liderinin xatirəsinə həsr olunub.

"Gözəl jurnalist və dostum olan, Nobel mükafatı laureatı, reportajın müəllifi Enrike Zimmermana gözəl işinə görə təşəkkür etmək istəyirəm. Mənə elə gəlir ki, Bakıda keçirilən və daha sonra film üzərində işlədiyi günlər ərzində o, Azərbaycanın sevincini və narahatlığını dərindən hiss edib. Əminəm ki, qarşıda bizim hələ çox gözəl reportajlarımız olacaq və bu, Azərbaycanın dünyadakı nüfuzunun daha da möhkəmlənməsinə, həmçinin İsraillə Azərbaycanın daha da yaxınlaşmasına səbəb olacaq", - R.Qureviç deyib.

Xəbər lenti

Xəbər lenti