...

Milli Məclisdə içməli su problemi və suyun keyfiyyəti müzakirə olunacaq

Gündəm Materials 26 Yanvar 2023 16:18 (UTC +04:00)
Milli Məclisdə içməli su problemi və suyun keyfiyyəti müzakirə olunacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisdə içməli su problemi, suyun keyfiyyəti və onun təmizlənməsi texnologiyaları barədə müzakirələr təşkil ediləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin yaz sessiyası üzrə İş planına daxil edilib.

İş planına, həmçinin, suvarma mövsümünə hazırlıq işlərinə dair müzakirələr daxil edilib.

Bundan əlavə, komitə ekologiya sahəsində ixtisaslaşmış QHT-lərlə görüşlərin və müzakirələrin aparılmasını, Cop 27-nin nəticələri və Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı müzakirələrin keçirilməsini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti