...

ABŞ Türkiyəyə 140 xilasedici göndərəcək

Gündəm Materials 7 Fevral 2023 08:05 (UTC +04:00)
ABŞ Türkiyəyə 140 xilasedici göndərəcək

Bakı. Trend:

Zəlzələdə nəticəsində yaralananlara kömək etmək üçün ABŞ-dan iki axtarış-xilasetmə qrupu Türkiyəyə göndəriləcək.

Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı xəbər verib.

"Söhbət ABŞ-dan olan iki komandadan gedir. Biri Ferfaks dairəsində, biri Los-Ancelesdən - ağır bölmələr adlanır, hər birində, məncə, 70 nəfər var - axtarış itləri olan heyət, eləcə də tibb işçiləri", - deyə ABŞ-ın Türkiyədəki səfiri Ceff Fleyk deyib.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti