...

Rəssamlıq Akademiyasının rektoru kollektivə təqdim edilib (FOTO)

Gündəm Materials 16 Fevral 2023 14:32 (UTC +04:00)
Rəssamlıq Akademiyasının rektoru kollektivə təqdim edilib (FOTO)

Bakı. Trend:

Fevralın 16-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsinə təyin edilmiş Natiq Əliyev müəssisə kollektivinə təqdim olunub.

Trend-in məlumatına görə, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, eləcə də təhsil müəssisəsinin pedaqoji kollektivi iştirak ediblər.

Elm və təhsil naziri Natiq Əliyevin akademiyaya rektor təyin olunması ilə bağlı sərəncamı diqqətə çatdırıb və yeni rektora fəaliyyətində davamlı uğurlar arzulayıb.

Rektor Natiq Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirəcəyini söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti