...

Sülhməramlılara aid 8 avtomobil Laçın yolundan keçib (FOTO)

Gündəm Materials 25 Fevral 2023 20:57 (UTC +04:00)
Sülhməramlılara aid 8 avtomobil Laçın yolundan keçib (FOTO)

Bakı. Trend:

Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus daha bir maşın karvanı maneəsiz keçid edib.

Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, avtomobillərin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb. İki minik və 6 yük maşını Laçın istiqamətinə maneəsiz keçid edib.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 68 gündür davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti