...

Fazil Mustafaya qarşı törədilən terrorun təşkilatçıları və iştirakçıları ifşa olunacaq - Millət vəkili

Gündəm Materials 29 Mart 2023 00:01 (UTC +04:00)
Fazil Mustafaya qarşı törədilən terrorun təşkilatçıları və iştirakçıları ifşa olunacaq - Millət vəkili
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Millət vəkili Fazil Mustafaya qarşı törədilən terrorun təşkilatçıları və iştirakçıları ifşa olunacaq.

Trend-in məlumatına görə, bunu millət vəkili Zahid Oruc deyib.

O bildirib ki, həmin şəxslərin məqsədi Azərbaycanın dəyərli insanlarını ortada götürmək, dövlət elitasında, hakimiyyət orqanlarında bir xof yaratmaqdır: "Həmin şəxslər bununla siyasi senzuralar meydana gətirmək, hər kəs öz evində, yaxın çevrəsində qorxsun deyə bir ideologiyanın, bir düşüncəni cəmiyyətə bərqərar etmək istəyirlər. Amma onların bu istəyi alınmır. Azərbaycan çox ağır sınaqlardan, mərhələlərdən keçib. Biz bunu Vətən müharibəsindəki qələbəsindən sonra gözəgörünməz cəbhələrdə davam edən müharibənin tərkib hissəsi sayırıq. Bu proses dayanmayıb. Ona görə də Azərbaycanın dəyərli insanlarını terrorla aradan götürmək istəyirlər".

Xatırladaq ki, martın 28-də axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alıb. Faktla bağlı hüquq - mühafizə orqanları tərəfindən cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti