...

Mərkəzi Bankın sədri ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb (FOTO)

Gündəm Materials 4 Aprel 2023 15:12 (UTC +04:00)
Mərkəzi Bankın sədri ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibi Fərid İsayev ilə növbəti görüşünü keçirib.

Görüş zamanı Mərkəzi Bank tərəfindən ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması, maliyyə sektorunun iqtisadiyyatda rolunun artırılması istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin müsabiqə qalibi üçün hazırlanmış fərdi inkişaf proqramı əsasında Mərkəzi Bankın həyata keçirəcəyi fəaliyyətlərdə və layihələrdə iştirak perspektivləri müzakirə edilib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti