...

"Windows"un məşhur versiyası üçün dəstək dayandırılacaq

Gündəm Materials 10 Aprel 2023 11:40 (UTC +04:00)
"Windows"un məşhur versiyası üçün dəstək dayandırılacaq
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Microsoft” şirkəti “Windows 10” istifadəçilərinə Əməliyyat Sisteminin dəstəyinin sona yaxınlaşması barədə məlumat verməyə başlayıb.

Trend-in məlumatına görə, şirkət nümayəndələrinin sözlərinə görə, bu il iyunun 13-dən "Windows 10"un yenilənməsi dayandırılacaq.

Şirkət xatırladıb ki, "Windows 10 Home", "Pro" və təhsil müəssisələri, eləcə də korporativ müştərilər üçün modifikasiyalar iyunun 13-dək "Windows 11" ilə əvəz edilməlidir.

Xatırladaq ki, 21H2 yeniləməsi 16 noyabr 2021-ci ildə istifadəyə verilib. "Windows 10"-un ilk versiyasının buraxılışı 29 iyul 2015-ci ildə baş tutub. 31 yanvar 2023-cü ildə "Microsoft" öz saytında "Windows 10" lisenziyalarının satışını dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti