...

XRİTDX: İlin birinci rübündə “AzstateNet” dövlət şəbəkəsində 148 milyon 130 min zərərli keçid bloklanıb

Gündəm Materials 15 Aprel 2023 12:01 (UTC +04:00)
XRİTDX: İlin birinci rübündə “AzstateNet” dövlət şəbəkəsində 148 milyon 130 min zərərli keçid bloklanıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə cari ilin birinci rübündə gördüyü işlərlə bağlı statistik məlumatları açıqlayıb.

XRİTDX-nin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, rüb ərzində “AzstateNet” dövlət şəbəkəsində 148 milyon 130 min zərərli keçid yeni nəsil mühafizə avadanlıqları, 906 min 600 zərərverici virus mərkəzləşdirilmiş antivirus sistemi vasitəsilə bloklanıb. Həmçinin virus tərkibli 29 min 700 sənədin xüsusi mühafizə sistemləri vasitəsilə aşkarlanaraq dövlət qurumlarına göndərilməsinin qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti