...

Azərbaycan bayrağının yandırılması bütün dünya qarşısında Ermənistanın əsl simasını ortaya çıxartdı - Yalçın Topçu

Gündəm Materials 15 Aprel 2023 17:14 (UTC +04:00)
Azərbaycan bayrağının yandırılması bütün dünya qarşısında Ermənistanın əsl simasını ortaya çıxartdı - Yalçın Topçu

Bakı. Trend:

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması bütün dünya qarşısında Ermənistanın əsl simasını bir daha ortaya çıxartdı.

Trend-in məlumatına görə, bu sözləri TurkicWorld-a açıqlamasında Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu bildirib.

“Ermənistanın baş nazirinin və bir çox dövlət rəsmilərinin iştirak etdiyi idman yarışında qonaq ölkənin bayrağına qarşı bu cür iyrənc irqçi hərəkəti izləyən Ermənistan hakimiyyətini şiddətlə qınayıram. Bu vəziyyət onu göstərdi ki, beynəlxalq idman yarışlarında iştirakçı ölkələrin təhlükəsizliyini təmin etməyən Ermənistan kimi ölkələrdə müsabiqələrin keçirilməsi qadağan edilməli və bu çirkin əməlin müqabilində Ermənistan dövlət məmurları cavab verməlidir”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, illərdir Qarabağ torpaqlarında işğalçılıq siyasəti yürüdən Ermənistan hələ də qəhrəman Azərbaycan qüvvələri tərəfindən bu torpaqlardan qovulmasını həzm edə bilmir.

“Bu iyrənc əməli törədən irqçi şəxsi Ermənistan dövləti dəstəkləyir və bu cinayəti törədən şəxsə ölkədə “qəhrəman” kimi yanaşılır. Qarabağda analarının gözü qarşısında uşaqların dərisini soyan, uşaqların gözü qarşısında analarının başını kəsən vəhşilərin bu gün öz ölkələrində keçirilən beynəlxalq idman yarışında sərgilədikləri qorxaq və iyrənc hücuma dünyanın münasibət bildirməsini gözləyirik. Ermənistan hökumətinin bu irqçi və düşməncəsinə mövqeyini pisləyir, bu çirkin əməl qarşısında Avropa Ağır Atletika Federasiyası və beynəlxalq idman qurumlarından Ermənistana lazımı cəzanın verilməsini gözləyirik.”, - deyə Y.Topçu əlavə edib.

Xatırladaq ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkəranə hərəkətlərlə Azərbaycan bayrağı yandırılıb.

Baş Prokurorluqda Ermənistanda Azərbaycana qarşı etnik zəmində nifrət və düşmənçiliyin təcəssümü olan həmin faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 12.2, 283.2.1 (zor tətbiq edilməklə milli nifrət və düşmənçiliyin salınması), 12.2, 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli nifrət və düşmənçiliyin salınması) və 12.2, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti