Bakı. Trend:
Bu ilin 14 aprel tarixində Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını qəti şəkildə qınayır və azərbaycanlılara qarşı etnik nifrət zəminində baş verən bir təxribat hesab edirəm. Ermənistanın baş nazirinin də iştirak etdiyi tədbirdə belə bir halın baş verməsi, habelə bu hadisəni törətmiş şəxsin saxlanıldıqdan bir müddət sonra alqışlar içərisində azad edilməsi hər birimiz üçün ciddi narahatlıq doğurur. Ermənistan sülh prosesinə töhfə vermək əvəzinə, bu kimi addımları ilə prosesi daha da çətinləşdirir.Bu günlərdə əsir düşmüş Azərbaycan əsgərinə işgəncələrin verilməsi, ardınca beynəlxalq əhəmiyyətli tədbirdə Bayrağımızın yandırılması Ermənistanın ona uzanan sülh əlini geri çevirdiyini göstərir.
Avropa Ağır Atletika Federasiyası bu hadisəni kəskin şəkildə pisləyir. EWF bu son dərəcə ciddi və təəssüf doğuran jesti idman dəyərlərinin bütövlüyünə və “Fair Play”-in universal prinsiplərinə hücum hesab edir
Ermənistan tərəfi sübut etdi ki, təşkilatçılıq bacarıqları yoxdur. Bu addım ilə onlar özlərini dünya ictimaiyyəti arasında rüsvay etdilər. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası, Beynəlxalq Olimpiya Komitəsi və digər aidiyyəti beynəlxalq qurumlar tərəfindən idman yarışları üzrə qəbul edilmiş davranış qaydalarının kobud pozuntusu olan bu hərəkəti qəti şəkildə pisləməyə, qaydalar çərçivəsində təşkilatçılara qarşı müvafiq cəza tədbirlərinin görülməsinə çağırırıq.
Milli Məclisin deputatı
Rauf Əliyev