...

Tovuzda 13 yaşlı qızı qaçıran 44 yaşlı kişi həbs olundu

Gündəm Materials 25 May 2023 17:44 (UTC +04:00)
Tovuzda 13 yaşlı qızı qaçıran 44 yaşlı kişi həbs olundu
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Tovuzda 13 yaşlı qızı qaçırmaqda təqsirləndirilən 44 yaşlı Səfər Kavazov məhkəmə qarşısına çıxarılıb.

Trend xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 152.2 (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu gün təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Səfər Kavazov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, mayın 20-də 13 yaşlı Ə.Tağıyeva yaşadığı Tovuz rayonunda itkin düşüb. Sonradan onun ailə qurmaq məqsədilə öz istəyi ilə Xaçmaz rayonuna getdiyi bildirilib. Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyeva Xaçmaz rayonunda tapılıb. Onu qaçırmaqda şübhəli bilinən Səfər Kavazov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti