Bakı. Trend:
Rusiya Federasiyası, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri arasında regionda nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı qalan məsələlərin həlli üzrə danışıqlar Moskvada keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk deyib.
"Baş nazir müavinlərinin görüşü Moskvada baş tutacaq", - deyə o bildirib.