...

Ermənistan Azərbaycana qarşı yeni təhdidlər yaradır

Gündəm Materials 16 İyun 2023 15:07 (UTC +04:00)
Ermənistan Azərbaycana qarşı yeni təhdidlər yaradır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla həmsərhəd zonası Arazdəyəndə iri metallurgiya zavodunun inşasına davam edəcəyini açıqlayıb. Bu tip zavodların ekoloji təsirləri ilə bağlı onu deyə bilərik ki, tullantıların yaxındakı su hövzəsi olan Araz çayına axıdılması yerli ekosistem üçün faciə olar.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusubova bildirib ki, zavodun zəhərli kimyəvi tullantıları bölgədə ekosistemə ciddi zərər vura bilər.

Onun sözlərinə görə, zavodun zəhərli kimyəvi tullantıları Araz çayına axıdılması çayda yaşayan canlı aləmə ciddi təhdiddir.

"Digər tərəfdən çaydan suvarma üçün də istifadə olunduğunu nəzərə alsaq kənd təsərrüfatına, həm də o bölgədə yaşayan insanların həyat və sağlamlığına zərbə olacaq. Ermənistanın dağ-mədən sənayesində ümumiyyətlə heç bir beynəlxalq normalar gözlənilmir. Bu həm Azərbaycan həm də bölgə üçün ciddi ekoloji təhdidlər yaradır. Azərbaycan tərəfilə razılaşdırılmadan belə zavodun tikilməsi Espo Konvensiyasının ciddi pozulmasıdır. Belə ki,Azərbaycan və Ermənistan Konvensiyasının tərəfləridir. Lakin Ermənistan öz maraqlarını güdərək Konvensiyasının müddəalarını ciddi şəkildə pozur."

Q. Yusubova bildirib ki, Ermənistan tərəfinin ölkəmizə qarşı apardığı ekoloji terror yeni deyildir.

"Uzun illərdir Metsamor AES-in bölgədə fəaliyyəti ətraf mühitə təhdid kimi qalmaqda davam edir. İşğal dövründə Qarabağda apardığı ekoloji terrorun şahidi olmuşuq və bu gündə onun təsirlərini görürürük", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti