...

Daxili İşlər Nazirliyindən sosial şəbəkələrdə zəlzələ ilə bağlı yayılan yalan məlumatlar barədə açıqlama

Gündəm Materials 4 İyul 2023 01:10 (UTC +04:00)

Bakı. Trend:

Daxili İşlər Nazirliyinə (DİN) dağıntı, tələfatla bağlı hər hansı məlumat daxil olmayıb. Bəzi sosial şəbəkə səhifələrində yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir.

Bu barədə Trend-ə DİN-in mətbuat xidmətindən bildirilib.

"DİN tərəfindən ölkə polisinə xüsusi tapşırıqlar verilib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. Həyəcan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir", - nazirlikdən qeyd edilib.

Qeyd edək ki, yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,5 maqnitudada zəlzələ olub.

Yeraltı təkanlar Bakı və digər şəhərlərdə hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti