...

Penitensiar xidmətin yeni rəisi kimdir? - DOSYE

Gündəm Materials 10 İyul 2023 14:40 (UTC +04:00)
Penitensiar xidmətin yeni rəisi kimdir? - DOSYE
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Mirsaleh Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.

Trend-in məlumatına görə, 47 yaşlı Mirsaleh Seyidov penitensiar sistemdə böyük iş təcrübəsi olan kadrlardandır.

O, 1998-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini beynəlxalq hüquq ixtisası üzrə bitirib.

Yeni vəzifəyə təyin olunanadək Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsini tutan ədliyyə polkovniki M.Seyidov daha əvvəl bir sıra cəzaçəkmə müəssisələrinə rəhbərlik edib.

O, 10 və 15 saylı cəzaçəkmə müəssisələrinin rəisi vəzifələrində də çalışıb.

Həmçinin 2018-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti